Büdcə təsdiqləndi
28 Noyabr 2014 15:41 (UTC+04:00)
2015-ci ilin dövlət büdcəsi təsdiqləndi. ANS
PRESS-in məlumatına görə, layihə Milli Məclisdə müzakirəyə
çıxarılıb. Bu gün Milli Məclisin plenar iclasında büdcə məsələsinə
daxil olan altı qanun layihəsi qəbul edilib.
Parlamentdə çıxış edən maliyyə naziri Samir
Şərifov bildirib ki, deputatların təklifləri də nərərə alınaraq bir
neçə sahədə əlavə vəsaitlər ayrılıb.
"2015-ci il dövlət büdcəsində elm xərcləri 8
milyon artırılıb. 2015-ci ildə elm xərcləri beləliklə, 150,5 milyon
manata çatacaq. Bu da 2014-cü ilin göstəricisindən 3,6 milyon manat
və ya 2,5 % çoxdur. Siaysi partiyalara dövlət büdcəsindən ayrılan
vəsaitlə bağlı da danışmaq istəyirəm. 2014-cü ildə siyasi
partiyalar ayrılan vəsaitin 10% qənaət nəticəsində 250 min manatı
bölüşdürülməmiş qalmışdı. Bu məbləğ 2015-ci ildə siyasi partiyalar
arasında tam şəkildə bölüşdürüləcək".
Maliyyə naziri qeyd edib ki, 2014-cü il dövlət
büdcəsində QHT-lərə əlavə vəsait 50 % artırılıb. "Bələdiyyələrə
dotasiya ilə bağlı da təkliflər var idi. Hökümət tərəfindən
təhlillər aparılıb. Bələdiyyələrin gəlirlərinin icrası qənaət-bəxş
deyil. Onların gəlirlərinin icrası 89% olub, amma orta hesabla
bunun 50-60% olduğu məlumdur. Ona görədə bələdiyyələrə dövlət
büdcəsindən vəsaitlərin ayrlılması deyil, gəlirlərin artırılması
digər şəraitlərin yaradılması nəzərəd tutulur. Bələdiyyələrin
gəlirləri əsasən əmlakların özəlləşdirilməsi və icarəyə veriləməsi
ilə mümkün olur. Bələdiyyələr daha yaxşı imkanlar yaradılmalıdır
ki, onların gəlirləri artsın. Biz hesab edirik ki, vergi
məcəlləsindəki dəyişiklik imkan verəcək ki, bələdiyylərin maddi
təminatı xeyli güclənsin. Bu yeni dəyişiklik nəticəsində fiziki
şəxslərin əmlak vergisindən 40 milyon manat əlavə vəsait daxil
olacaq".
Samir Şərifov bildirib ki, Milli Məclisin xərclər
smetası ilə bağlı əlavə vəsaitin ayrılması təklifinə də baxılıb və
parlamentə əlavə olaraq 450 min manat vəsaitin artırılmasına qərar
verilib.
Qeyd edək ki, bununla da 2015-ci il dövlət
büdcəsinin xərcləri ümumilikdə 23 milyard 807 milyon manata
çatıb.