Şəhid ailələri Milli Məclisin qarşısında aksiya keçirdi- Yenilənib

28 Noyabr 2014 15:15 (UTC+04:00)
Bu gün bir qrup şəhid ailəsi Milli Məclisin qarşısında aksiya keçirib.Movqe az "Qafqazinfo"-ya istinadən   xəbər verir ki, hazırda polislər aksiya iştirakçılarını mühasirəyə alıblar. Şəhid ailələri parlamentdən sığorta pulunu tələb etmək niyyətindədirlər. Millət vəkili Qənirə Paşayeva aksiya keçirənlərlə söhbətləşib.Qeyd edək ki, şəhid olan hərbçilərin ailələri dövlət icbari sığorta pulunu almasında dəstək olmaları üçün Milli Məclisin deputatları Qənirə Paşayeva, İqbal Ağazadə, Əli Hüseynli, Aydın Mirzəzadə, Yevda Abramova, Flora Qasımova, Ziyad Səmədzadə və Fazil Mustafa ilə görüşüblər.Eyni məqsədlə dəfələrlə Prezident Administrasiyasının, Nazirlər Kabinetinin və "Azərsığorta"nın qarşısında etiraz aksiyaları keçiriblər.Şəhid ailələrinin Milli Məclisin qarşısında aksiya keçirərək qaldırdığı problemə parlamentin iclasında deputatlar münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, iclasda çıxış edən millət vəkili Siyavuş Novruzov hökumət üzvlərindən, Dövlət Sosial Müdafiə Fondunun sədrindən xahiş edib ki, şəhid ailələrinin qaldırdığı problemləri diqqətdə saxlasınlar və həlli üçün addımlar atsınlar:"Təbii ki , onlar üçün evlər tikilir, maşınlar verilir. Şəhid ailəri Qarabağ əlilləri bu gün ölkə prezidentinin ətrafında birləşiblər. Onların problemini həll etmək lazımdır.Oqtay müəllim qanunvericilik baxımından nə lazımdırsa onu da həll edək. Eyni zamanda bu işləri sürətləndirmək lazımdır ki, onlar əziyyət çəkib bura bir daha bura gəlməsinlər".Çıxış edən digər millət vəkili Vahid Əhmədov isə qeyd edib ki, şəhid ailələri və Qarabağ əliləri üçün  nəzərdə tutulan sığorta pullarının ödənilməsi problem olaraq qalır:"Bu pulu haqqı çatan ailələrə ödəmək lazımdır. Şəhid ailələri üçün ödəniləcək sığortanın miqdarı  11 min manatdır. Bu elə də çox vəsait deyil.  Maliyyə Nazirliyi bunun ödənilməsini təmin edə bilər".Spiker Oqtay Əsədov isə bildirib ki, bu məsələnin həlli Maliyyə Nazirliyinin səlahiyyətində deyil: " Konstitusiya Məhkəməsi bununla bağlı qərar qəbul edib. Məhkəmə bizə məktub da göndərib ki, Milli Məclis  bununla bağlı qərar qəbul etsin. Biz də məsələni araşdırıb hökumətə məktub göndərəcəyik".