Abid Şərifov: “Başa düşmək lazımdır, sürüşmə zonasında ev tikmək olmaz”

28 Noyabr 2014 15:19 (UTC+04:00)
"İnsanlarımız və ayrı-ayrı qurumlar başa düşməlidir ki, sürüşmə zonasında ev tikmək olmaz".Movqe az APA-ya istinadən xəbər verir ki,  bunu baş nazirin müavini Abid Şərifov deyib.O bildirib ki, Ekologiya və Təbi Sərvətlər, Fövqəladə Hallar nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi birlikdə Abşeron ərazisində sürüşmə yerlərinin sxemini hazırlayıb: "Yəqin ki, yaxın vaxtlarda sürüşmə zonasında evlərin verilməməsinə və ya veriləcəksə, bunun xüsusi razılıq əsasında edilməsinə dair da qərar veriləcək".A. Şərifov Ağsu aşırımının əvvəllər sürüşmə zonası olmadığını, sonralar orada aparılan tikinti işləri nəticəsində sürüşmələr baş verdiyini deyib: "Sürüşmənin səbəbkarı çox vaxt özümüzük. Özümüz bunu bilmədən yaradırıq. Tikinti tikən zaman fikir vermək lazımdır ki, infrastruktura ziyan vurulmasın".