Türkiyədə müalicə alan yaralı əsgərlərimizdən yeni xəbər

28 Noyabr 2014 15:57 (UTC+04:00)
Xəbər verdiyimiz kimi avqustun 9-da Azərbaycanın 3 yaralı hərbçisi müalicə olunmaq üçün Türkiyənin Baş Nazirliyinə bağlı olan TİKA təşkilatının dəstəyi sayəsində xüsusi tibbi təyyarə ilə Bakıdan Ankaraya aparılaraq, Atatürk Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib.Movqe az xəbər verir ki ,TİKA-nın Bakı nümayəndəliyindən Modern.az-a verilən məlumata görə, onların vəziyyəti yaxşıdır:"Türkiyəyə aparılan əsgərlərimizdən yalnız Elvin Əsgərov vətənə qayıdıb. Digərlərinin müalicəsi hələ ki davam etdirilir. Hazırda Elvin Bakıda mülicə alır, daha sonra ev şəraitində müalicəsini davam etdirəcək. Digər iki əsgərimiz isə hələ Türkiyədədir və müalicələri gedir. Müalicə kursları tam başa çatdıqdan sonra qayıtmaları planlaşdırılıb".TİKA rəsmisi onu da deyib ki, hər iki ayağı amputasiya edilərək protez taxılan Sərxan Tahirzadə də xəstəxanadan çıxarılıb. Hazırda Ankarada reabilitasiya kursu keçir. Bir gözünü itirən əsgərimiz Ədalət Məmmədovun səhhəti qaydasındadır, onun da müalicəsi davam etdirilir. İnşallah, müalicə kursu yekunlaşdıqdan sonra onlar da vətənə qayıdacaqlar".