Fətullah Gülənin qardaşı öldü

28 Noyabr 2014 16:04 (UTC+04:00)
Türkiyənin tanınmış din xadimi Fəthullah Gülənin qardaşı, 72 yaşlı Seyfullah Gülən bir müddətdir müalicə gördüyü xəstəxanada vəfat edib.Movqe az Modern.az-a istinadən xəbər verir ki, "Samanyolu" televiziyasının ana xəbər aparıcısı Kamal Gülənin atası olan Seyfullah Gülən 4 ay əvvəl keçirdiyi infarkt səbəbi ilə Ərzurumdakı xüsusi xəstəxanada müalicə olunurdu. Ürək və tənəffüs çatışmazlığı olan Seyfullah Gülən bir ay əvvəl beynində qan laxtalanması səbəbi ilə reanimasiyaya yerləşdirilib. Keçirdiyi iflic sonrası süni nəfəs aparatına qoşulan Seyfullah Gülən bu gün saat 07.30 radələrində həyatını itirib.Seyfullah Gülən camaat lideri Fəthullah Gülənin 5 qardaşından (2 bacısı da var) biriydi. Atatürk Universitetində çalışdıqdan sonra təqaüdə çıxan və 9 övlad atası Seyfullah Gülən Ərzurumun Dadaşkent səmtində yaşayırdı.