Roma papası yıxıldı

28 Noyabr 2014 22:07 (UTC+04:00)

Roma katolik kilsəsinin lideri Papa Fransisk Türkiyə uçmaq üçün təyyarəyə qalxan zaman büdrəyib. 


ANS PRESS-in məlumatına görə, hadisə Roma şəhərinin Leonardo Da Vinçi hava limanında baş verib. Türkiyəyə gəlmək üçün özünə məxsus "Airbus 320" təyyarəsinin pilləkənlərinə qalxan papanın ayaqları büdrəyib. Papa Fransisk səndələyib. 


Roma papası seçildiyi 2013-cü il mart tarixindən bu yana 5 dəfə xarici səfərə çıxıb. Türkiyəyə səfər onun 6-cı səfəridir. Səfərdə Roma papasını 60-dan çox jurnalist müşayiət edir.