Bio- avtobus testdən keçirilir

29 Noyabr 2014 10:29 (UTC+04:00)

Yanacağı insan ifrazatı olan bio-avtobus hazırlanıb. Ötən həftə Böyük Britaniyada yerli şəhər marşrutlarından birində yanacağı insan ifrazatı olan bio-avtobus işləməyə başlayıb. Daha dəqiq desək, bu bio-avtobus Bristolda çirkab sularından alınan metan vasitəsilə hərəkət edir.


Cari il noyabrın 20-də Böyük Britaniyada bio-yanacaqla işləyən avtobusun hərəkət etməsi üçün yeni xəttin açılışı olub. Avtobus tam dolu bakla 300 km məsafə qət edə bilir. O, Britaniyanın Bat şəhərindən Bristol hava limanı arasındakı marşrut üzrə dövrə vurur.

Avtobusu hazırlayanların sözlərinə görə, bu yanacaqla dolu bak beş nəfərin illik ifrazatı əsasında hazırlanır. Bu cür bio-yanacaq ekoloji cəhətdən təmiz, effektiv və qənaətlidir.