Görünməyən güc sahəsi Yeri öldürücü elektronlardan qoruyub

29 Noyabr 2014 10:43 (UTC+04:00)

Amerikalı fiziklər Yerin radiasiya zolağında yeni strukturlar aşkar ediblər.Yerin radiasiya zolağı barədə ilk dəfə 1958-ci ildə məlum olub. Onu amerikalı fizik Van Allen başda olmaqla alimlər qrupu kəşf edib. Onlar Yerin səthindən təqribən 40 min kilometr yüksəklikdə yerləşən və onu əhatə edən iki halqanı (xarici və daxili) aşkar etdikləri barədə məlumat veriblər.Alimlər 2013-cü ildə bir cüt NASA RBSP (Van Allen Probes) peyki vasitəsilə üçüncü- radiasiya zolağının xarici və daxili təbəqələri arasında aralıq halqasının olduğu barədə məlumat veriblər. Günəşin fəallığından asılı olaraq radiasiya zolağı (yəni onun halqası) öz ölçülərini dəyişə bilər. Yer maqnitosferinin bu sahəsi həyat üçün təhlükəli olan yüksəkenerjili yüklü hissəciklərin Yerə düşməsinin qarşısını alır.

Yeni tədqiqatda mütəxəssislər zolaqda dördüncü halqa strukturunun kəşfi haqqında məlumat veriblər. Halqa Yer səthindən 11,5 min kilometrdən yuxarıda xarici və aralıq halqalar arasında yerləşir. O, işıq sürətinə yaxın sürətlə hərəkət edən yüksəkenerjili elektronların planetimizin atmosferinə daxil olmasına imkan vermir.

Əvvəllər alimlər güman edirdilər ki, bu cür sürətli elektronlar hər halda Yerin atmosferinə daxil olur, lakin onun molekulları ilə qarşılıqlı əlaqə səbəbindən planetin səthinə çatmır. Indi fiziklər yeni strukturu təfsilatı ilə tədqiq etməyə və onun təbiətini izah etməyə çalışan çoxsaylı fərziyyələr içərisindən düzgününü seçməyə hazırlaşırlar.