Bu günə olan hava proqnozu

29 Noyabr 2014 09:09 (UTC+04:00)
Noyabrın 29-daBakıda və Abşeron yarımadasında buludluhava şəraiti üstünlük təşkil edəcək. Əsasən, gecə və axşam çiskinli az yağıntılı olacağı ehtimalı var. Şimal küləyi 7-12 m/s, gündüz arabir 15 m/s olacaq.

Movqe.az xəbər verir ki , Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 3-5°, gündüz 5-8° isti, Bakıda gecə 3-5°, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 80-90 faziz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasındahava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, gündüz yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi 5-10 m/s olacaq. Temperaturun gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarındahava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz yağıntıların tədricən kəsiləcəyi gözlənilir .

Bəzi yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s olacaq. Temperatur gecə 5-10° şaxta, gündüz 2°-dən şaxtadan 3°-dək isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarındahava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, gündüz yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi 5-10 m/s olacaq. Temperatur gecə 2-5°, gündüz 5-9° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarındahava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s olacaq. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarındahava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s olacaq. Temperatur gecə 0-5° isti, gündüz 5-10° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarındahava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi 5-10 m/s olacaq. Temperatur gecə 5-7°, gündüz 7-10° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 0-4° isti təşkil edəcək.