Qripə qarşı edilən peyvənddən sonra 11 nəfər öldü

29 Noyabr 2014 12:09 (UTC+04:00)
İtaliyada qripdən peyvənd olunan insanların 11 şübhəli ölüm halları araşdırılır. Söhbət üç yaşlı insanın vəfatından ilk xəbər alındıqdan sonra iki partiya geri qaytarılan Novartis şirkətinin FLAUD peyvəndi haqqında gedir.Movqe.az Trend-ə istinadən bu barədə məlumat verir.


İtaliya farmakologiya agentliyinin bildirdiyinə görə, cümə günü axşam ölənlərin sayı 11 nəfərə çatıb. Özü də məlumatlar İtaliyanın müxtəlif şəhərlərindən daxil olur, bununla belə bütün ölənlər yaşlı insanlardır.

İtaliyanın farmakologiya agentliyinin direktoruLuka Paninin cümə günü bildirdiyinə görə, peyvəndlərin istifadəsi və ölüm halları arasında heç bir birbaşa əlaqə müəyyən edilməyib.

Əvvəllər tibb nümayəndələri qeyd ediblər ki, peyvəndlərin iki partiyası yalnız ehtiyat baxımından geri qaytarılıb.