Londonda neftin qiyməti 70 dollara qədər enib

29 Noyabr 2014 15:02 (UTC+04:00)
Movqe.az trend-ə istinadən xəbər verir ki , Londonda neftin qiyməti yeni dörd illik minimuma çataraq, bir barel üçün 70 dollara qədər enib. Bu həftə neftin qiymətinin azalması 2011-ci ildən sonra ən maksimal olub.

Ekspertlər qeyd edirlər ki, beləliklə bazar OPEK-in xam neftin qiymətini saxlamaq üçün hasilat həcmini azaltmamaq barədə cümə axşamı çıxardığı qərara münasibət bildirməyi davam etdirir. Cümə axşamı Brent markalı neftin qiyməti beş dollar ucuzlaşıb.

Cümə günü Londonun Qitələrarası fyuçers birjasında Brent qarışığının tədarükünə dair yanvar müqavilələrin dəyəri 2,56 dollar enərək bir barel üçün 70,02 dollara çatdı.

Bu zaman sövdələr, hələ ki, davam edən Nyu-York əmtəə birjasında qiymətlərin xeyli azalması müşahidə olunur: Texas yüngül neftin (WTI) barelinin qiyməti yanvar ayında tədarükü ilə bu saatlara qədər 7,70 dollar enib və 65,99 dollar təşkil edib.

"Biz OPEK aşağı qiymətlərlə keçinməyə hazır olan vəziyyəti görürük", - BNP Paribas London filialının əmtəə bazarlarının baş analitiki deyib. "OPEK bazarın tənzimləyici rolunu itirir və onun bazar mexanizminə qaytarır", - ekspert hesab edir.