Taylandda surroqat analıq qadağan olundu

29 Noyabr 2014 17:05 (UTC+04:00)

Tayland hökuməti kommersiya məqsədli surroqat analığı qadağan edib.

Movqe.az-ın publika.az-a istinadən  məlumatına görə, qanun layihəsi artıq parlament tərəfindən təsdiq edilib. Yeni qanuna əsasən, müvafiq fəaliyyətlə məşğul olanlar 10 ilədək həbs cəzasınaməhkum olunacaqlar.

Qeyd edək ki, avqust ayında avstraliyalı çütlük üçün hamilə qalıb əkiz uşaq doğan taylandlı qadın əcnəbiləri daun sindromlu körpələrin birindən imtina etməkdə təqsirləndirib.

Yerli millət vəkilləri hökuməti Taylanda uşaq doğumu fabriki kimi yanaşmaya səbəb olan təcrübəyə son qoymağa səsləyiblər.