Vela Devid Moyesin üzünü güldürdü

29 Noyabr 2014 18:10 (UTC+04:00)


İspaniya Primerosunda 13-cü tura "Anoeta" stadionunda start verilib. Bir həftə öncə Devid Moyeslə anlaşan "Real Soceidad" klubu "Elche"ni qəbul edib. Movqe.az Goal.az-a istinadən  xəbər verir ki, bu oyunun qəhrəmanı meksikalı forvard Karlos Vela olub. Hücumçu 3, 32 və 53-cü dəqiqələrdə fərqlənməklə het-trikə imza atıb. Karlos Velasko Karbalyonun idarə etdiyi matç bu hesabla da yekunlaşıb.

Real Soceidad 3-0 Elche

Vela (3, 32, 53)

Beləliklə, bu qələbə Moyesin "Real Soceidad"ın məşqçisi kimi ilk qələbəsi olub. Qələbə sayəsində klub bir qədər irəliləyib təhükəli zonada uzaqlaşdıb. Lakin sabah keçiriləcək oyunların nəticəsindən asılı olaraq bask klubu 12-ci pillədəki yerini itirə bilər.