Röya: "Tutduğunu qopardan qadınsan"

29 Noyabr 2014 20:00 (UTC+04:00)

Movqe.az gecce.az-a istinadən xəbər verir ki, verilişin aparıcısıMətanət Əliverdiyevanı yerə-göyə sığdırmayanRöyanövbəti həftə onun qonağı olacağını deyib.

"Hazırda Bakıda deyiləm. İşlərlə bağlı İstanbula gəlmişəm. Səni çox istəyirəm. Tutduğunu qopardan güclü xanımlardansan. Çox güman ki, bir həftə ərzində yeni diskimlə verilişinin qonağı olacağam".