Qızıl oğruları yaxalandı

29 Noyabr 2014 21:03 (UTC+04:00)

Bakıda mənzillərdən qızıl oğurlayanlar tutulub.

Movqe.az xəbər verir ki , Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) verilən məlumata görə, bu ilin mart ayının 27-də paytaxtın N.Rəfiyev küçəsində baş vermiş oğurluq hadisəsini törətmiş şəxslər həbs olunublar.

BŞBPİ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Arif Yunisovun mənzilindən, pəncərənin dəmir barmaqlığını sındırmaqla qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən, paytaxt sakinləri - 1982-ci il təvəllüdlü Elvin Mənsimov və 1986-cı il təvəllüdlü Xəyal Ələkbərov tutulublar.