Əsəd rejiminin görünməmiş qətliamı: 527 ölü

29 Noyabr 2014 21:16 (UTC+04:00)

Suriyada prezident Bəşər Əsədə məxsus qüvvələrin törətdiyi qətliamla bağlı məlumatlar açıqlanıb.

Movqe.az publika.az-a  istinadən xəbər verir ki, Suriyada Əsəd rejimi dinc xalqa qarşı qırğınlarına fasiləsiz davam edir. Bu barədə Suriya İnsan Haqları Monitorinq Təşkilatı açıqlama verib.

Bildirilir ki, Əsəd rejimi 40 gündə 2 min hava hücumu təşkil edib və nəticədə 527 mülki vətəndaş öldürülüb. Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, bununla da 2011-ci ilin mart ayında başlanan hava hücumları nəticəsində təxminən 200 min insanın ölümünə səbəb olan Əsəd rejimi yeni bir rekorda imza atıb.