Bakıda maşın piyadanı öldürdü

29 Noyabr 2014 22:10 (UTC+04:00)
Movqe.az xəbər verir ki , Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə noyabrın 28-də, saat 21:05 radələrində, Bakı-Qazax yolunun Qobustan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəsəbə sakini, 1984-cü il təvəllüdlüFamil İmanquliyevidarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən piyada, 1974-cü il təvəllüdlüAsər Əsədovu vurub.

A.Əsədov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.