"Arvadından küsən Koroğlu körpüsünə çıxır"
29 Noyabr 2014 23:00 (UTC+04:00)
Movqe.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, deputat
bildirib ki, intihara cəhd edənlərin cəzasız qalması digər şəxsləri
də həvəsləndirir: "Bu, nə biabırçılıqdı anlamıram. Arvadından
küsən, işdən çıxarılan, kreditini verə bilməyən gəlib Bakıda
Koroğlu körpüsünə çıxır. Saatlarla davam edən tıxac paytaxtın bütün
hərəkət ritmini pozur. İnsanlar belələrinə görə nə qədər əsəb və
problem yaşayır.
Bütün bunların fonunda bu intihar təlxəkləri heç bir cəza almırlar.
Bu cəzasızlıq isə həmin təlxəkləri daha da ruhlandırır. Mən
anlamıram nədən bunun qarşısı alınmır. Bəziləri təklif edir ki, o
körpünün yanında polis postu qurulsun. Amma ehtiyac yoxdu və
vəziyyətdən də çox sadə çıxış yolu var. Bu da körpünün hər iki
tərəfdən tutacaqlarını tikanlı məftillərlə təxminən 1 metr məsafədə
sarımaqdır. Vəssalam. Bunu da mən deməliydim?"
Qeyd edək ki, dünən axşam saatlarında 45 yaşlıNizami Musayevişdən çıxarıldığı üçün həmin körpüyə
çıxıb intihar etmək istədiyini deyirdi. FHN əməkdaşlarının
danışıqları nəticəsində N.Musayev fikrindən daşınıb. Bu müddət
ərzində hava limanı istiqamətində avtomobillərin hərəkətində sıxlıq
yaranıb.