Taliban ABŞ bazasına hücum edib

24 İyul 2012 15:49 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Taliban Əfqanıstandakı ABŞ bazasına edilən  hücumun görüntülərini yayımlayıb. 10 ton ağırlığında çox güclü partlayıcıların istifadə olunduğu hücumda 2 amerika əsgəri həlak olub, 3-ü ağır olmaqla 100 əsgər yaralanıb. Hadisə ötən ay ABŞ-ın Əfqanıstandakı üçüncü böyük hərbi bazası olan Kamp Salernoda meydana gəlmişdi. Talibanın yayımladığı təxminən 1 saatlıq görüntüdə bomba yüklü yük maşınının partlayış anı 3 fərqli kamera tərəfindən əks olunub. Maşını sürən Taliban bombardirinin hücum etməzdən əvvəl kameraya əl yelləyərək gülümsəməsi də diqqət çəkib. Taliban hücumda 20 əsgərin öldürüldüyünü iddia etsə də NATO iddiaları yalanlayıb.