Qatil polis istefa verdi

30 Noyabr 2014 10:04 (UTC+04:00)
ABŞ-ın Ferqyuson şəhərində 18 yaşlı silahsız qaradəriliMaykl Braunu güllələyənDarren Uilsonadlı polis əməkdaşı hüquq-mühafizə orqanlarından istefa verib.Movqe.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Assoşieyted Press" məlumat yayıb. Xatırladaq ki, qeyd olunan insident etirazlara və kütləvi iğtişaşlara səbəb olub.

Qeyd edək ki, noyabrın 24-də Ferqyuson şəhər məhkəməsi Darren Uilsona bəraət qərarı verib. Məhkəmənin qərarı şəhərdə kütləvi iğtişaşlara səbəb olub.