1,3 milyard dollarlıq narkotika

30 Noyabr 2014 12:14 (UTC+04:00)


Avstraliyanın federal polisi cümə günü ölkə tarixində ən iri - 1,3 milyard dollar həcmində qiymətləndirilən narkotik vasitə müsadirə edib. Ümumilikdə isə bu, ölkə tarixində müsadirə
 edilmiş ikinci böyük narkotik yükdür.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, Sidneyin gömrük işçiləri Almaniyadan gələn mebel konteynerini yoxlayarkən orada üç ton narkotik maddə kristalları aşkarlayıblar.

Narkotiklər aşkar olunduqdan sonra şəhər rəhbərliyi yükün göndərilən ünvana çatdırılması göstərişini verib. Aparılan əməliyyat nəticəsində polis 23-34 yaşları arasında olan altı nəfəri həbs edib və onlara meqapolis ərazisinə külli miqdarda narkotik vasitə keçirməyə cəhd maddəsi üzrə ittiham irəli sürülüb. Təqsirləri sübuta yetirilərsə, tutulanlar ömürlük həbs cəzasına məhkum edilə bilər.