Keçmiş baş nazir qəzaya uğradı

30 Noyabr 2014 13:00 (UTC+04:00)

Moldovanın sabiq baş naziri Vladimir Filat qəzaya uğrayıb.

Movqe.Az APA-ya istinadən bildirir ki, bu barədə Moldova Liberal-Demokratik Partiyasının (MLDP) mətbuat katibi Larisa Manole bildirib.

"Salonunda MLDP sədri Vladimir Filatın olduğu avtomobil və onu müşayiət edən avtomobil yol-nəqliyyat hadisəsinin iştirakçısı olublar. Qəza Kişinyov-Leuşenı magistral yolda baş verib. Avtomobillər qarşı gələn nəqliyyat vasitəsi ilə toqquşub", deyə Manole bildirib.

O qeyd edib ki, V.Filatın iki mühafizəçisi və onu müşayiət edən avtomobilin sürücüsü xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, bu gün Moldovada parlament seçkilərindən əvvəl sükut günüdür.