Masallıda oğru tutulub

30 Noyabr 2014 14:11 (UTC+04:00)

Masallıda oğurluqda şübhəli bilinən şəxs tutulub.

Movqe.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 27-də rayon sakini Bəybala Fətullayevin evindən 130 manat və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Eldar Şahbazov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.