Xristianlardan birlik çağırışı

30 Noyabr 2014 15:08 (UTC+04:00)

1054-ci ildə bir-birindən ayrılan katolik və pravoslav dünyasının liderləri 960 ildən sonra birləşmək üçün bütün xristinalara müraciət etdilər.

Movqe.az-ın Milli.az-a istinadən məlumatına görə, Türkiyə səfəri zamanı Roma Papası Fransisk İstanbulda Konstantinopol Pravoslav Kilsəsinin yepiskopu I Varfolomeylə görüşüb.

Varfolomey, qarşısında əyilən Papa Fransiskin başını öpərək əli ilə sığallayıb.

Dini ayinlərin icrasına qatılan Papa daha sonra hər iki xristian qolunun birləşməsinin vacib olduğunu bəyan edib.