Nikola Sarkozi yenidən hakimiyyətə iddialıdı

30 Noyabr 2014 16:11 (UTC+04:00)

Fransada ana müxalifətdə yer alan Xalq Hərəkatı Birliyi (UMP) nümayəndələri keçmiş prezident Nikola Sarkozini partiya sədri seçib.

Movqe.az axar.az-a istinadən xəbər verir ki, partiya lideri olmaq üçün başlanan seçim turu bu gün saat 20:00-da bitib. Elektron səsvermə zamanı 64,5 faiz səslə Sarkozi rəqibləri Bruno Le Mayre və Herve Maritonu geridə qoyub.

UMP mərkəzi qərargahından verilən məlumata görə, səsvermədə iştirak nisbəti 58 faiz olub. Le Mayre səslərin 29,2 faizini, Mariton isə 6,3 faizini toplaya bilib.

Seçki kampaniyası zamanı partiya sədri olarsa, ilk növbədə partiyanın adını dəyişmək niyyətində olduğunu deyən Sarkozi Fransada bir ilkə imza atacağını demişdi.

Sarkozi prezident seçiləcəyi təqdirdə sol iqtidar dövründə qəbul edilən homoseksuallara evlilik haqqı ilə əlaqədar qanunu ləğv edəcəyini də bildirmişdi.