Roberto Mançini braziliyalı futbolçu ilə maraqlanır

30 Noyabr 2014 18:13 (UTC+04:00)

"İnter"in yeni baş məşqçisi Roberto Mançini heyəti gücləndirmək üçün namizədləri nəzərdən keçirməkdə davam edir.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, CSKA Moskvada forma geyən Mario Fernandez "İnter"in çalışdırıcısı tərəfindən izlənilir. Milan təmsilçisi 24 yaşlı futbolçu üçün 10 milyon avro ödəməyə hazırdır.

Braziliya millisinin üzvü cari mövsümdə CSKA-nın heyətində 22 oyun keçirib və 3 məhsuldar ötürmə verib.