"Real Madrid" ardıcıl 16-cı qələbəsini qazandı

30 Noyabr 2014 19:20 (UTC+04:00)

İspaniya Primerosunun 13-cü turu davam edir.Movqe.az Goal.az-a istinadən xəbər verir ki ,  Çempionlar Liqasında maksimum nəticə ilə yoluna davam edən "Real Madrid" La Liqada "Malaga"nın qonağı olub. Matç "kral klubu" üçün çətin keçib. Madrid təmsilçisi oyunu 10 nəfərlə başa vursa da, qələbə qazanmağı bacarıb.

18-ci dəqiqədə Kərim Benzema, 83-cü dəqiqədə isə Qaret Beyl "Malaga"nın qapısına yol tapmaqla hesabda önə keçib. 86-cı dəqiqədə İskonun meydandan qovulmasından sonra Andalusia klubu 1 qolun əvəzini çıxıb. 90-cı dəqiqədə Roke Santa Kruz Kasilyasın qapısına yol tapıb. Oyun bu hesabla da yekunlaşıb.

Malaga 1-2 Real Madrid

Beləliklə, "Real Madrid" bu nəticə ilə ardıcıl 16-cı qələbəsini qazanıb. Bu qələbələrin 10-u La Liqa, 5-i Çempionlar Liqası və 1-i İspaniya Kubokunun oyununa təsadüf edir.