Avtomobil nəqliyyatı ilə yük və sərnişin dövriyyəsi artıb

30 Noyabr 2014 20:03 (UTC+04:00)

Azərbaycanın nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik avtomobil nəqliyyatı ilə yanvar-oktyabr aylarında 105,7 milyon ton yük, 1,3 milyard sərnişin daşınıb.

Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,7 və 5,2 faiz artım qeydə alınıb.

Movqe.az xəbər verir ki , Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, sərnişinlərin 96,2 faizi avtobus, 3,8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,8 faiz, sərnişin dövriyyəsi isə 5,7 faiz artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı isə 4,3 faiz artaraq 176 milyon nəfər olub.