Gənc musiqiçi Azərbaycanı Avstriyada təmsil edəcək

24 İyul 2012 16:22 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Avqustun 16-dan 23-də Avstriyanın Vyana şəhərində keçiriləcək XII Beynəlxalq Fortepiano Müsabiqəsi keçiriləcək. 

Müsabiqədə Azərbaycanı G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdi, Prezident təqaüdçüsü Nəriman Əmiraslanov təmsil edəcək. Təmsilçimiz həmçinin müsabiqə çərçivəsində təşkil olunacaq ustad siniflərində iştirak edəcək. 12 yaşlı Nəriman Əmiraslanov bir sıra beynəlxalq musiqi müsabiqə və festivallarının laureatı və qalibidir.

Türkan Nadirqızı

Movqe.Az