“Növbəti prezident seçkilərində YAP-ın namizədi İlham Əliyev olacaq”
24 İyul 2012 17:18 (UTC+04:00)
"Yeni Azərbaycan Partiyasının
2013-cü ildə keçiriləcək prezident seçkilərində namizədi
partiyamızın sədri İlham Əliyev olacaq. Bu, birmənalıdır. Təəssüf
ki, bəzi mətbu orqanlar bu məsələ ilə bağlı təxribatla məşğul
olur".APA-nın məlumatına görə, bu
açıqlamanı jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının (YAP)
icra katibi, partiyanın sədr müavini Əli Əhmədov verib. O qeyd edib
ki, YAP-ın namizədi Azərbaycan xalqının istədiyi namizəddir.
Ə. Əhmədov YAP-ın qurultayının 2013-cü ildə keçiriləcəyini, İ.
Əliyevin namizədliyinin məhz həmin qurultayda irəli sürüləcəyini
vurğulayıb.