3 milyon dolları işçilərə payladı

24 İyul 2012 19:01 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, mərkəzi Çində yerləşən texnologiya şirkəti "Lenovo"nun rəhbəri 3 milyon dollarlıq fərdi hədiyyəsini işçilərə və istehsalda çalışanlara paylaşdırdı.

"Lenovo"nun may ayında uğurlu satış əldə etməsi şirkətin rəhbəri Yanq Yuanqinqı belə bir addım atmağa sövq edib.

Təxminən 10 min işçinin hərəsi örta hesabla 314 dollar hədiyyə alıb.

Aparılan araşdırmalar Çindəki fabrik işçilərinin ortalama gəlirlərinin 345-450 dollar arasında dəyişdiyini ortaya çıxardı. Çinin Şenzhen əyalətində ən aşağı işçi əməkhaqqı 220 dollardır. Bu səbəblə alınan hədiyyə bəzi işçilərin az qala bir maaşına bərabər gəlirdir.

Digər tərəfdən Yanq keçən il ümumi 14 milyon dollar qazanıb.