İran Qarabağda separatçıların keçirdiyi “seçkilərə” münasibət bildirdi

24 İyul 2012 20:29 (UTC+04:00)

Dağlıq Qarabağda "seçkilər" Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair aparılan sülh prosesinə mənfi təsir edir.

Gün.Az İran mətbuatına istinadən xəbər verir ki, bu barədə İran XİN-in sözçüsüRamin Mehmanpərəstbrifinqdə deyib.

O, bu cür aksiyaların münaqişənin tənzimlənməsinə kömək etmədiyini deyib.

İran-Azərbaycan münasibətlərinə də toxunan sözçü iki ölkə arasındakı əlaqələrin yaxşı səviyyədə olduğunu, İran və Azərbaycanı tarixi, mədəni bağların birləşdirdiyini deyib.

"Təəssüflər olsun ki, bu münasibətlər bəzi qüvvələri narahat edir. Ona görə də hər iki ölkənin rəsmi dairələri ayıq-sayıq olmalı və münasibətlərin pisləşməsinə icazə verməməlidir".