Lisey tələbələrinin qəbristanlıqdakı davaları - FOTO - VİDEO

25 İyul 2012 12:23 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, bu kadrlar hələ 16 yaşı tamam olmamış məktəbli qız tərəfindən qeydə alınıb. Kadrlardan da göründüyü kimi şüşəylə qızın qolunu kəsirlər,paltarlarını çıxardılar, başından aşağıya su tökdülər. Bütün bunların hamısını saniyəbəsaniyə kameranın yaddaşına koçüb. Maraqlı cəhət odur ki, qızlar təklədikləri digər məktəblidə heç bir iz qalmasın deyə makiyaj edib yola salırlar. Bu hadisə İstanbulun Silivri bölgəsində baş verib. 4 qız Ç. G adlı bir başqa tələbəni "oğlan dostumla niyə görüşə çıxdın?" deyərək, həmin bəhanəylə ağla sığmayan bir şəkildə onu cəzalandırıb. Əvvəlcədən razılaşan qızlar Ç. G.-yə qəbiristanlıqda tələ qurub. Xəsarət alan "Ölən yaxınıma dua edəcəyik" bəhanəsiylə qəbiristanlığa çağırıldı. Ardınca eşidənləri heyrətə salan işgəncə baş verib. 4 liseyli məktəbli qız indi müxtəlif cinayət maddələri ilə 8 il yarım həbs cəzası istəyiylə mühakimə olunur.