Müğənni Samir dostlarına qorxaq dedi

25 İyul 2012 14:21 (UTC+04:00)
Movqe.AZ xəbər verir ki, müğənni Samir Cavadzadə ATV telekanalında yayımlanan "10lar" proqramında bildirib ki, onun başına gələn xoşagəlməz hadisə ilə bağlı bir il heç kim onunla maraqlanmayıb. 

"Heç kim maraqlanmadı ki, bu doğrudur, ya yox. Mənə ən çox təsir edən "Nəhayət ki, iblis öz simasını göstərdi" sözləri idi. Ancaq heç kim düşünmürdü ki, mən iblis obrazında ölkəmizi təmsil edirdim, bu cür doğulmamışam. Mən bunları heç vaxt unutmayacam və heç vaxt heç kimə gülümsəməyəcəm. Köhnə dostlarımı da bağışlamayacam. Onlar məni tək qoydular. Qınamıram, onlar sadəcə qorxaqdırlar", - müğənni deyib.

Türkan Nadirqızı

Movqe.Az