Sürücü vurduğu qızı xilas edib

25 İyul 2012 14:26 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Bakı sürücüsü vurduğu qızı xilas edib. 

Həkimlər xəstəxanaya çatdırılan zərərçəkmişin həyatını xilas ediblər.

Bakının Binəqədi rayonu ərazisində, Xochəsən yolunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı 27 yaşlı Rzayeva Ülviyyə Mikayıl qızı "Mercedes" markalı avtomaşın tərəfindən vurulub.

Lakin hadisədən dərhal sonra piyada elə vurulduğu avtomaşının sürücüsü tərəfindən 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən Ülviyyə Rzayevaya ilkin tibbi yardım göstərilib hazırda yaralı müalicəsini xəstəxanada davam etdirir.

Türkan Nadirqızı

Movqe.Az