IV qrupa sənəd verən 288 abituriyent qəbul imtahanlarında iştirak etməyəcəklər

25 İyul 2012 14:30 (UTC+04:00)
Movqe.Az xəbər verir ki,  IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 13 min 539 abituriyent iştirak edəcək.

Bu il IV qrupa 13 min 827 abituriyent sənəd verib. 288 abituriyent Azərbaycan dili üzrə imtahan verə bilmədiyi üçün qəbul imtahanlarında iştirak edə bilməyəcək. Qeyd edək ki, IV ixtisas qrupu üzrə imtahanlar iyulun 27-də keçiriləcək. İmtahanlar Bakı, Naxçıvan, Sumqayıt, Şəki, Lənkəran və Gəncə şəhərlərində təşkil olunub.

Türkan Nadirqızı

Movqe.Az