Olimpiya oyunları qrafittilərdə

25 İyul 2012 15:48 (UTC+04:00)

Movqe.az xəbər veri ki, İngilis küçə sənətçisi Banksy, 27 İyulda başlayacaq London Olimpiadalarından əvvəl təşkilatı 'dəstəyini' London divarlarındakı yeni qrafittilərlə göstərib.

Bazar ertəsi ortaya çıxan qrafittilərdə, mərmi şəklində üzən atlet və çirkli bir yatağa doğru düşən idmançı diqqət çəkir. Əsərlərin Banksynin öz veb saytında yerləşdirməsi bunların ona aid olduğu dəqiqləşdirir.

Ötən həftə Londonda alınan bir qərarla məşhur qrafitti sənətçiləri Olimpiada sahələrindən uzaqlaşdırılıb. London polisi 'olimpiada mövzulu' qrafittilərin silinəcəyi barədə xəbərdarlıq edib. Xəbərdarlıqlara baxmayan Banksynin əsərlərinin nə olacağı isə hələ məlum deyil. Ancaq sənətçinin olimpiada boyunca daha çox əsərinin London küçələrində olması gözlənilir.

Bir küçə sənətçisi olmasına baxmayaraq əsərləri minlərlə dollara satılan Banksynin, 2007-ci ildə Bristoldakı qrafittisinin bələdiyyədə çalışanlar tərəfindən silinməsi böyük səhv kimi  qiymətləndirilub.

Tural QABİLOĞLU