İsveçli irqçi qatil həbs edilib

25 İyul 2012 16:45 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İsveçin Malmö şəhərində xüsusi silahı ilə bir çox immiqrantı öldürən və yaralayan irqçi qatı cinayətkar Malmö məhkəməsi tərəfindən yalnız 2 nəfəri öldürməkdə günahkar bilinib. Polis 40 yaşlı qatil Pitr Mangsı 7 il müddətində immiqrant mənşəli 3 nəfəri öldürmək, 13 nəfəri isə yaralamaqdan məsul tutaraq təqsirləndirmişdi.  İki illik məhkəmə prosesindən sonra iki nəfəri öldürməkdə təqsirli bilinən qatil Pitr Mangs 4 cinayət təşəbbüsündən də məsul bilinib.