Azərbaycan paytaxtında fəaliyyət göstərən “Tir” atış mərkəzləri ləğv olunacaq

25 İyul 2012 18:18 (UTC+04:00)
Bakı şəhərində fəaliyyət göstərən keçmiş Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinə (KHVTİC) məxsus "Tir" atış mərkəzlərinin ləğvi gözlənilir. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Məlumatda bildirilib ki, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti tərəfindən bu "Tir"lərin bazasında yeni atış hazırlığı mərkəzlərinin yaradılması nəzərdə tutulur.
Vaxtı ilə KHVTİC-in təkcə Bakı şəhərində 80-dən artıq "Tir" atış mərkəzi fəaliyyət göstərib. 
Qeyd edək ki, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) cari ilin iyun ayında ləğv edilib. Cəmiyyət iyulun 13-də Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi adı ilə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin tərkibinə daxil olub.