Bu günə gözlənilən hava şəraiti
26 İyul 2012 11:31 (UTC+04:00)
Movqe.Az xəbər verir ki,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya
Departamentinin məlumatına görə Bakıda
və Abşeron yarımadasında iyulun 26-da hava şəraitinin
yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi
günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturu gecə 23-26, gündüz 30-35 dərəcə isti təşkil
edəcək.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna,
Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 28-29
dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə isə iyulun 26-da hava
şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi
əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 13-18,
gündüz 25-30 dərəcə isti olacaq.
İyulun 26-da Abşeron yarımadasında hava şəraitinin isti olacağı,
mülayim şimal küləyinin əsəcəyi gözlənilir.