Avropa Birliyi insan haqları üzrə xüsusi nümayəndə təyin edib
26 İyul 2012 11:47 (UTC+04:00)
Avropa Birliyinin xarici işlər və
təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Stavros
Lambrinidisi AB-nin insan haqları üzrə ilk xüsusi nümayəndəsi təyin
edib.
APA-nın xəbərinə görə, S.
Lambrinidis sentyabrın 1-də vəzifəsinin icrasına başlayacaq. AB-nin
insan haqları üzrə xüsusi nümayəndəsi vəzifəsinin təsis olunması
təşkilatın bu sahədə siyasətinin effektivliyini yüksəltmək məqsədi
daşıyır.
S. Lambrinidis Yunanıstanın xarici işlər naziri vəzifəsində çalışıb
və Avropa Parlamentinin vitse-prezidenti olub.
Xüsusi nümayəndənin vəzifələri sırasına dünyada insan haqları və
demokratiyanın vəziyyətinə dair illik hesabat hazırlamaq da daxil
olacaq.