Lənkəranda yol qəzası baş verib

26 İyul 2012 13:10 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, ötən gecə Lənkəran şəhərində yol qəzası baş verib.

Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində yol qəzası qeydə alınıb. Qəza zamanı "VAZ 2104" markalı avtomobilin sahibi idarə etməni itirərək, avtomobili yaxınlıqdakı mağazaya çırpıb. Xəsarət alan olmasada mağaza sahibi, avtomobil sürücüsündən şikayət edib.

Səbəb isə mağazanın yararsız hala düşməsidir.

Faktla bağlı araşdırma aparılır.

Türkan Nadirqızı

Movqe.Az