Azərbaycanda yeni körpü tikilir - FOTO

26 İyul 2012 13:30 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Azərbaycanda yeni körpü tikilir.

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun layihəsi çərçivəsində Masallı-Astara avtomobil yolunun 31,864 km-də yeni körpünün tikintisinə başlanılıb. Lənkəran çayının üzərindən keçəcək körpünün uzunluğu 216,3 metr, eni 28 metrdir. 6 aşırımdan ibarət olacaq körpüdə hazırda özül işləri və nəzərdə tutulan giriş-çıxış yollarında torpaq işləri həyata keçirilir. 2011-ci ilin aprel ayında tikintisinə başlanılan körpünün 2014-cü ildə başa çatdırılması planlaşdırılır.


Türkan Nadirqızı

Movqe.Az