BMT-nin baş katibi dünya liderlərinə səslənib

26 İyul 2012 16:20 (UTC+04:00)

Movqe.az xəbər verir ki, BMT katibi  Ban Ki Moon dünya liderlərini Suriyadakı qırğının qarşısını almaq üçün fəaliyyət göstərməyə çağırıb. BMT Suriyadakı müşahidəçilərin yarısını geri çağırıb. Bosniya və Herseqovina Məclisində çıxış edən BMT Baş katibi Ban Ki Moon "Burada Bosniya Herseqovinanın mərkəzindən bütün dünyaya çağırış edirəm: Daha çox gözləməyin! Suriyadakı qırğını dayandırmaq üçün dərhal indi hərəkət edin!" deyib. BMT baş katibi Bosniya döyüşü əsnasında baş verən soyqırımın qarşısını almaqda müvəffəqiyyətsiz olan beynəlxalq cəmiyyətin Suriyada yeni bir imtahandan keçdiyini ifadə edib.