Gecə qaranlıqda yatmaq, depresiyanı yüngülləşdirir?

26 İyul 2012 16:54 (UTC+04:00)

Movqe.az xəbər verir ki, elm adamları nəticələri "Molecular Psychiatry" jurnalında nümayiş olunan araşdırmada, parlaq da olsa gecə yanan işığın, həyat sevincini azaltdığını, əksinə gecənin zülmət qaranlığının isə depresiyanı azaltdığını müəyyən edib. Ohio State universiteti elm adamları araşdırmalarında, mümkün hormonal dəyişikliklərii təsirsiz hala gətirərək yumurtalıqlarını aldıqları dişi hamster istifadə ediblər. Dörd həftə müddətində aparılan tədqiqata əsasən işıqda yatan heyvanların şəkərli suya daha az maraq göstərdiyi görülüb.Heyvanların bu davranışı, depressiya əlaməti olaraq qəbul edilib. Hamsterin gecə yuxularını zülmət qaranlıqda keçirməyə başladıqdan sonra isə şəkərli suya marağının yenidən artdığı müşahidə olunub. Elm adamları gecə uzun müddət televiziya işığında oturan və ya yatan, yataq otağı bir küçə lampası tərəfindən işıqlandırılan insanlarda da bənzər vəziyyətin olduğunu qeyd edib.