Polisə “şişirdilmiş qadın” şoku

26 İyul 2012 16:40 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Çinin Şandonq bölgəsində çaya düşən qadını xilas etmək istəyən polislər xilasetmə əməliyyatının sonunda şok olub. Çinin Şandong bölgəsindəki qadının çaya düşdüyünü və boğulmaq üzrə olduğunu düşünən polis, 18 nəfərin iştirak etdiyi xilasetmə əməliyyatına qoşulub. Sahildəki yüzlərlə insanın izlədiyi və təxminən bir saat davam edən əməliyyatın nəticəsi isə uğursuzluqla nəticələnib. Sahildən baxanda suda batan qadına oxşayan şəxsin əslində şişirdilmiş qadın maketi olduğu aşkar edilib. Lakin polis bunu anlayanda  ilk yardım və xilasetmə qrupları  hadisə yerinə gəlmişdi.