Bu hadisə ona baha başa gəldi
26 İyul 2012 17:22 (UTC+04:00)
Movqe.Az bildirir ki, Paytaxt Pekin
yaxınlığında 110 ton qum yüklədiyi yük maşınıyla keçən il 238 metr
uzunluğundakı 20 illik körpünü çökdürən sürücü Janq Moyinə 4 il
həbs və 15 milyon yuan (təxminən 2.5 milyon dollar) pul cəzası
verilib. Yerli məhkəmənin ictimai mala ağır ziyan verməkdə
təqsirləndirdiyi hadisəyə görə açıqladığı qərar ictimaiyyətdə lağa
qoyulan bir mövzusu olub. Körpünün kifayət qədər möhkəm
edilmədiyindən şübhələnən internet istifadəçiləri bələdiyyə
səlahiyyətlilərini tənqid edib. Sürücünün cəzanı ödəyə bilməsi
üçün 300 il işləməsi lazım olduğunu söyləyən internet
istifadəçiləri, məhkəmənin "ictimai mənfəət" üçün Janqın tez bir
zamanda sərbəst buraxılması lazım olduğunu müdafiə ediblər.
