Kuba ABŞ ilə görüşməyə hazırdır
27 İyul 2012 15:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, Kuba inqilabının
59-cu ildönümündə əzəli düşməni olan Amerikaya qeyri-adi bir
çağırış edib. Kuba Prezidenti Raul Kastro, ABŞ ilə hər mövzuda
görüşmək üçün masaya oturmağa istəkli olduğunu söyləyib. O bildirib
ki, "Nə vaxt istəsələr masa hazırdır. Bu onsuz da diplomatik
kanallar vasitəsilə bildirildi. Danışmaq istəsələr danışarıq. Heç
kimin koloniyası, oyuncağı deyilik."
Kuba lideri, ölkəsinin ABŞ ilə demokratiya, mətbuat azadlığı və
insan hüquqları da daxil olmaq üzrə hər mövzuda görüşə biləcəyini
söyləyir. Amma bərabər şərtlərdə olmasını istəyir.
Raul Kastro kubalıların aşağı maaşlarla əlaqədar şikayətlərinə
də toxunub. Ölkənin sosialist iqtisadiyyatına istiqamətli 5 illik
planın dərhal həyata keçə bilməyəcəyini söyləyib.
İnqilabın ildönümü səbəbindən ən böyük təbrik, Quantanamodakı
bir meydanda edilib.