Solo rekord qıraraq okeanı 9 günə keçdi

27 İyul 2012 16:00 (UTC+04:00)
Movqe.Az BBC-yə istinadən bildirir ki, İngilis Aleks Tomson Atlantik Okeanını tək başına ən qısa zamanda keçən dənizçi adını qazanıb.

38 yaşlı idmançı 17 iyulda saat Nyu Yorkdan yola çıxıb və cümə axşamı günü İngiltərənin sahil şəhəri Plimousa çataraq səfərini tamamlayıb.

2800 millik dəniz səfərini 8 gün 22 saat 8 dəqiqədə tamamlamağı bacaran Tomson daha əvvəlki rekordu təxminən 24 saatlıq bir fərqlə keçib.

Dənizçinin qırdığı rekordun Dünya Dənizçilik Sürət Rekordları Şurası tərəfindən təsdiqlənməsi lazımdır.

Tomsondan əvvəl isveçli dənizçi Bernard Stam 10 gün 55 dəqiqə və 19 saniyə ilə rekordu əlində saxlayırdı.