Rusiyada partlayış olub

27 İyul 2012 16:46 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Rusiyanın Kemerova bölgəsindəki Ziminka mədənində meydana gələn qaz mədən partlayışı səbəbiylə 3 mədənçi ölüb, 5 mədənçi isə yaralanıb. Bölgə Təcili Yardım Nazirliyi, "İlk məlumatlara görə mədəndə 95 nəfər vardı. Təəssüf ki, üçü dünyasını dəyişib, 5 işçini yaralı  olaraq çıxardıq "şərhini edib. Eyni bölgədəki Komsomolets mədənində dünən reallaşan yanğından  sonra 263 işçi xilas edilmişdi.